...

"Şahdəniz" yatağının platformasında dünən dayandırılan generatorların işə salınmasına başlanılıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 23 İyun 2011 13:05 (UTC +04:00)
"BP Azerbaijan" şirkəti "Şahdəniz" platformasında dünən dizel yanacağı ilə bağlı problemlər səbəbindən dayandırılan generatorların işə salınması prosesinə başlayıb. Bu barədə Trend-ə cümə axşamı şirkətdən məlumat verilib.
"Şahdəniz" yatağının platformasında dünən dayandırılan generatorların işə salınmasına başlanılıb (ƏLAVƏ OLUNUB)

İşlərin bərpa edilməsi və problemlərin yaranma səbələri ilə bağlı məlumat əlavə olunub (ilk xəbər saat 10:58-də yayılıb)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

"BP Azerbaijan" şirkəti "Şahdəniz" platformasında dünən dizel yanacağı ilə bağlı problemlər səbəbindən dayandırılan generatorların işə salınması prosesinə başlayıb. Bu barədə Trend-ə cümə axşamı şirkətdən məlumat verilib.

"Şahdəniz"in texniki operatoru olan BP şirkətindən bildirildiyinə görə, problemlərin yaranmasına səbəb suyun dizel yanacağı ilə çirkləndirilməsi olub. Hazırda platformada yanacağın təmizlənməsi işi aparılır.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu gün hava şəraiti imkan versə, platformadan sahilə çatdırılan personal yenidən iş yerlərinə qaytarılacaq. Dünən personalın bir hissəsi sahilə çatdırılmışdı.

"Platformada təhlükəsizliklə bağlı heç bir problem yoxdur. İşə cəlb edilməyən personalın bir hissəsi sahilə çatdırılıb. Hava şəraiti imkan versə, platformadan sahilə çatdırılan personal yenidən iş yerlərinə qaytarılacaq", - mənbə qeyd edib.

Bütün generatorlar işə salındıqdan sonra platformada hasilat normal rejimdə bərpa ediləcək.

BP şirkətindən hasilatın hazırkı həcmi barədə məlumat verilməyib, lakin problemədək hasilat 3 quyudan sutkada 18 milyon kubmetrə yaxın olub.

Xəbər lenti

Xəbər lenti