Azərbaycan, Bakı, 28 iyun /Trend/
Yanvar-mayda "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) balansında olan enerji şəbəkələri tərəfindən 2,83 milyard kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Bu, ötən ilin analoji dövr göstəricisindən 118,9 milyard kilovat-saat çox olub. Bu barədə SC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Əhali qrupundan olan abonentlər tərəfindən 1 milyard kilovat-saatdan çox elektrik enerjisi istehlak edilib.
Məlumata əsasən, bu müddət ərzində istehlak edilən elektrik enerjisinə görə ümumi ödəniş 81 faizdən çox təşkil edib. Əhali qrupundan olan abonentlər arasında bu göstərici 7 faiz artaraq 83 faiz təşkil edib.
Beş ayın yekunları üzrə ötən ayalrın debitor borcları da daxil olmaqla bir elektrik şəbəkəsi üzrə ümümi ödənişlərlə bağlı 100 faizdən artıq (101,9%), yeddi elektrik şəbəkəsi üzrə isə 95 faizdən artıq ödəniş qeydə alınıb. Nisbətən aşağı göstərici (51,7 faiz) Sabirabad elektrik şəbəkəsi üzrə qeydə alınıb.