...

Azərbaycanda ilin I yarısında 10 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Energetika Materials 11 İyul 2011 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Yanvar-iyunda "Azərenerji" ASC (Azrbaycanda elektrik enerjisinin istehsalı və paylanması) tərəfindən 10 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin analoji dövründə 9,5 milyard kilovat-saata yaxın olub. Bu barədə SC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bu müddət ərzində istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 8,4 milyard kilovat-saata yaxını istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatdan çoxu isə su elektrik stansiyalarının payına düşüb.

İyunda ASC tərəfindən 1,3 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da 2010-cu ilin iyun ayının göstəricisi ilə eynidir.

İyun ayı ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti