...

Bakı elektrik stansiyasında enerji istehsalı artıb

Energetika Materials 13 İyul 2011 16:19 (UTC +04:00)
İlin birinci yarısı ərzində Bakı elektrik stansiyasında proqnozlaşdırılan 229 milyon kilovat-saat əvəzinə 232,3 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.
Bakı elektrik stansiyasında enerji istehsalı artıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İlin birinci yarısı ərzində Bakı elektrik stansiyasında proqnozlaşdırılan 229 milyon kilovat-saat əvəzinə 232,3 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsal edən və paylayan) çərşənbə günü yaydığı məlumatda deyilir.

İyunda elektrik stansiyası tərəfindən 32,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub ki, bu da proqnozlaşdırılandan 600 min kilovat-saat çoxdur.

105 meqavatlıq gücə malik Bakı ES ən müasir texnologiyalar tətbiq edilməklə daxili imkanlar hesabına tikilib və 12 aqreqatdan ibarətdir.

Postsovet məkanında ilk dəfə olaraq porşen tipli mühərriklər Bakı elektrik stansiyasında tətbiq olunub.

Cari ilin son üç ayı ərzində stansiyada bir sıra təmir işləri həyata keçirilib.

Təmir işləri birinci aqreqatda, qaz xətlərində və s. aparılıb. Bunlarla yanaşı, yağ filtrləri təmizlənib, altıncı aqreqata baxış keçirilib və qaz klapanı dəyişdirilib.

Təmir işləri güc transformatorlarında, qaz elektrik açarlarında, ayırıcılarda, izolyator və generatorlarda aparılıb.

Xəbər lenti

Xəbər lenti