...

ITGI layihəsi Azərbaycana Avropaya 24 milyard kubmetrədək qaz nəql etməyə imkan verəcək - DEPA rəhbəri

Energetika Materials 15 İyul 2011 17:32 (UTC +04:00)
ITGI layihəsi (Türkiyə-Yunanıstan-İtaliya interkonnektoru) Azərbaycana Avropaya 24 milyard kubmetrədək qaz nəql etməyə imkan verəcək.
ITGI layihəsi Azərbaycana Avropaya 24 milyard kubmetrədək qaz nəql etməyə imkan verəcək - DEPA rəhbəri

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Bədəlova/

ITGI layihəsi (Türkiyə-Yunanıstan-İtaliya interkonnektoru) Azərbaycana Avropaya 24 milyard kubmetrədək qaz nəql etməyə imkan verəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü mətbuat konfransında Yunanıstanın DEPA şirkətinin rəhbəri Hari Saçinis deyib.

"Türkiyə-Yunanıstan-İtaliya boru kəmərinin buraxılşı qabiliyyəti ildə 12 milyard kubmetrdən 16 milyard kubmetrədək artırıla bilər, IGB layihəsinin (Yunanıstan-Bolqarıstan interkonnektoru) buraxılış qabiliyyəti isə indiki 3 milyard kubmetrdən 8 milyard kubmetrədək artırıla bilər. Bu boru kəmərinin istismara verilməsi 2014-cü ilin ikinci yarısında gözlənilir", - Saçinis qeyd edib.

DEPA rəhbərinin sözlərinə görə, Azərbaycanda "Ümid" kimi böyük qaz həcminə malik əlavə yataqlar var.

"Azərbaycan daha çox qaz ixrac etmək istəsə, biz belə imkanı yarada bilərik", - Saçinis bildirib.

Onun sözlərinə görə, DEPA Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"in işlənməsi üzrə konsorsiumla həm Yunanıstan, həm də İtaliya üçün qaz alışına dair danışıqlar aparır.

"Kiçik həcmdə qaz nəql edilsə (10 milyard kubmetrədək), Türkiyənin boru kəməri sistemi kiçik modernləşdirmə tələb edəcək, böyük həcmdə nəql olsa, genişləndirmə üzrə xeyli işlər görmək lazım olacaq" - Saçinis bildirib.

DEPA rəhbərinin sözlərinə görə, Yunanıstanda 2011-ci ilin ilk altı ayı ərzində qaza olan tələbatın artması 17 faiz təşkil edib. Hazırda Yunanıstanda qaza olan tələbat ildə 4 milyard kubmetr təşkil edir, 2020-ci ilə isə bu həcm 7 milyard kubmetr səviyyəsində gözlənilir.

ITGI layihəsi "Cənub qaz dəhlizi"nə daxildir.

Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti