...

İran və Rusiya Xəzərdə hər hansı qaz boru kəmərinin tikilməməsinin tərəfdarıdır

Energetika Materials 12 Sentyabr 2011 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir N.İsmayılova/

İran ilə Rusiya yekdil olaraq Xəzər dənizində hər hansı qaz boru kəmərinin tikintisinə yol verməmək mövqeyində olduqlarını bildiriblər. Trend-in məlumatına görə, bu barədə İranın "Şana" agentliyi yazır.

Bu mövqe İranın neft naziri Rüstəm Qasımi ilə Rusiyanın energetika naziri Sergey Şmatko arasındakı görüşdə elan olunub.

Tərəflər bu qərarı Xəzərin flora, fauna və ətraf mühitinin qorunması ilə əsaslandırıblar.

Həmçinin, nazirlər energetika sahəsində müştərək komissiya təşkil etməklə əməkdaşlığı fəallaşdirmaq barədə razılığa gəliblər.

Şmatko Buşəhrdə AES-in açılışında iştirak etmək üçün Tehranda səfərdədir.

Energetika sahəsindəki əməkdaşlığın əhəmiyyətinə görə, tərəflər nazir müavinləri səviyyəsində birgə energetika komissiyasını təşkil etmək qərarına da gəliblər. Komissiya müntəzəm görüşlər keçirəcək.

Nazirlər diqqəti neft və qaz yataqlarının müştərək istismarı və müxtəlif sahələrə dəstək üçün müasir texnologiyalardan istifadə üzrə əməkdaşlığa çəkiblər.

Hazırda İran OPEK-in sədri, Rusiya isə Qaz İxrac edən Ölkələr Forumunun baş katibidir.

Suriyadan neft ixracına qarşı qəbul edilən qərarlar İrandan neft ixracına olan tələbatın artmasına təsir edib. Bu, bəlkə də İran və Rusiya arasında rəqabət yaradıb.

Xəbər lenti

Xəbər lenti