...

ARDNŞ Bakıda ekoloji park açıb

Energetika Materials 19 Sentyabr 2011 11:05 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi Bakının Xəzər rayonu ərazisində ekoloji park açıb.
ARDNŞ Bakıda ekoloji park açıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi Bakının Xəzər rayonu ərazisində ekoloji park açıb.

Trend-in məlumatına görə, açılış mərasimində ARDNŞ rəhbəri Rövnəq Abdullayev iştirak edib.

Parkın açılışı Azərbaycanda sentyabrın 20-də qeyd olunan Heftçilər Gününə həsr olunub.

Parkın elektrik enerjisinə olan tələbatının azı 50 faizi alternativ enerji mənbələri hesabına təmin olunur. Həmçinin, parkın ərazisində hər biri 10 kilovat-saat enerji hasil etmək üçün 4 külək generatoru, eləcə də ümüumi gücü 20 kilovat-saat olan günəş batareyaları quraşdırılıb.Alternativ enerji mənbələrinin hesabına hasil olunacaq elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edir.

Parkın ərazisində ARDNŞ-nin struktur bölmələrinin, eləcə də başqa dövlət idarələrinin, o cümləədn Azərbaycanın Təhsil Nazirliyinin ekoloji marrifləndirilməsi məqsədilə ekoloji mərkəz var.

Habelə ARDNŞ parkın ərazisində öz struktur bölmələri üçün şitillər yetişdirmək fikrindədir. Ekoloji park 9,3 hektar sahədə yaradılıb.

Xəbər lenti

Xəbər lenti