...

Rusiya Azərbaycandan istənilən həcmdə qaz qəbul etməyə hazırdır - ticarət nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Energetika Materials 28 Sentyabr 2011 13:18 (UTC +04:00)
Rusiya Azərbaycanın tədarük etməyə qadir olduğu istənilən həcmdə qazı qəbul etməyə hazırdır.
Rusiya Azərbaycandan istənilən həcmdə qaz qəbul etməyə hazırdır - ticarət nümayəndəsi (ƏLAVƏ OLUNUB)

Ticarət nümayəndəsinin sözləri və bəkqraund əlavə olunub (ilk xəbər 12:35-də yayılıb)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

Rusiya Azərbaycanın tədarük etməyə qadir olduğu istənilən həcmdə qazı qəbul etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin Bakıda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qazın qiymətləri hər iki tərəfi qane edir.

Bu ilin yekunları üzrə Azərbaycandan Rusiyaya iki milyard kubmetr qaz tədarük olunacaq. Səkkiz ay ərzində Bakı-Novorossiysk borub kəməri ilə artıq 1,3 milyon ton neft ötürülüb.

Şedrin bildirib ki, Azərbaycanda qaz hasilatında artım müşahidə olunur, eləcə də son vaxtlar bir neçə qaz-kondensat yatağı kəşf olunub.

"Azərbaycan bazarı hasil olunan qazın bütün həcmini mənimsəməyə qadir deyil və Avropa istiqamətində bütün ehtimal olunan qaz tədarükləri 2016-cı ildən sonrakı dövrə yönəldilib. Həmin vaxtadək qazın müvafiq həcmləri satılmalıdır və Rusiya tərəfi bu həcmləri qəbul etməyə hazırdır. Habelə, Azərbaycanla Rusiyanı birləşdirən qaz kəmərləri ilə beş milyard kubmetrə yaxın qaz nəql etmək mümkündür", - ticarət nümayəndəsi deyib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. 2010-cu il sentyabrın əvvəlində Bakıda imzalanan müqaviləyə əlavəyə görə, 2011-ci ildə Qazprom iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq

Rusiyaya Azərbaycan qazının tədarükünə 2010-cu il yanvarın 1-dən başlanılıb.

Xəbər lenti

Xəbər lenti