...

Yeddi il ərzində Azərbaycanın energi sisteminin gücü 1500 meqavatt artıb - "Azərenerji" SC (FOTO)

Energetika Materials 15 Oktyabr 2011 16:55 (UTC +04:00)
Son yeddi il ərzində Azərbaycanda 1 500 meqavatdan çox həcmdə generasiya gücləri istismara verilib.
Yeddi il ərzində Azərbaycanın energi sisteminin gücü 1500 meqavatt artıb - "Azərenerji" SC (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.İsmayılov/

Son yeddi il ərzində Azərbaycanda 1 500 meqavatdan çox həcmdə generasiya gücləri istismara verilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirdə "Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) rəhbəri Etibar Pirverdiyev bildirib.

"Bu, 10 yeni elektrik stansiyasının tikintisi hesabına mümkün olub", - Pirverdiyev bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində mövcud enerji güclərinin rekonstruksiyası üzrə işlər görülüb, nəticədə 600 meqavatt həcmində əlavə gücə nail olunub.

SC sədri çıxışı zamanı bildirib ki, hazırda Azərbaycanın elektrik enerjisini ən azı Türkiyə bazarına çıxışı üzrə aktiv işlər görülür.

"Bu məqsəd nail olmaq üçün "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsü" layihəsi üzərində iş gedir. Həm Gürcüstan, həm də Azərbaycan tərəfdən artıq bu layihə çərçivəsində işlərə başlanılıb", - Pirvediyev deyib.

Hazırda onun sözlərinə görə, SC Rusiyaya elektrik enerjisi ixrac edir və alqı-satqı prosesində Azərbaycanın xeyrinə müsbət saldo yaranıb.

SC eləcə də Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı sahəsində işləri davam etdirir. Habelə hazırda kiçik su elektrik stansiyaları tikilir.

"Azərbaycanda bu sahədə əlavə enerji müəssisələrinin yaradılması üçün kifayət qədər imkanlar var", - Pirverdiyev deyib.

Onun fikrincə, ölkənin elektrik enerjisi təhlıükəsizliyini təminatı üçün enerji sistemlərinin dövlətin balansında olması rasionaldır.

"Enerji şəbəkələrinin idarəetməyə verilməsi cəhdləri öz səmərəsizliyini göstərdi", - o deyib.
Hazırda SC-nin balansında 500, 330, 220 və 110 kilovatlıq 200-dən çox yarımstansiya, eləcə də altı su elektrik və 13 istilik elektrik stansiyası var.
Hazırda Azərbaycanın enerji gücü 6,5 min meqavat təşkil edir.
ASC dövlət şirkətinin bazasında yardıldığı vaxtdan, yəni 1998-ci ildən mövcuddur. ASC-nin səhmlərinin 100 faizi dövlətə məxsusdur.

Xəbər lenti

Xəbər lenti