...

ARDNŞ Bakının tamamilə qazlaşdırılmasını planlaşdırır

Energetika Materials 11 Noyabr 2011 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikaası Dövlət Neft Şirkəti) 2013-cü ilin mayına qədər ölkədə qazlaşdırma səviyyəsinin yüksəldilməsi üzrə proqramın həyata keçirilməsini başa çatdıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, proqramın həyata keçirilməsi nəticəsində ölkədə qazlaşdırma səviyyəsi 95 faizə çatacaq.

"Proqram çərçivəsində Bakıda və bir sıra rayonlarda qazlaşdırma səviyyəsi 100 faizə çatacaq. Lakin bəzi rayonlarda, xüsusən, dağ rayonlarında qazlaşdırma səviyyəsini 100 faizə çatdırmaq mümkün olmayacaq. Buna səbəb bir sıra ayrıca kəndlərin qazlaşdırılmasının iqtisadi cəhətdən məqsədəuyğun olmamasıdır" , - Abdullayev deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində ARDNŞ ölkənin regionlarında 590 min və Bakıətrafı qəsəbələrdə təxminən 300 min abunəçiyə qaz verəcək.

Hazırda ARDNŞ yararsız vəziyyətə düşən qaz nəqliyyatı infrastrukturunun dəyişdirilməsi və qazın nəqli prosesində itkilərin azaldılması məqsədilə Bakı kəndlərinin yenidən qazlaşdırılması üzrə işlər aparır.

Xəbər lenti

Xəbər lenti