...

Azərbaycan neftinin qiymətləri: 21-25 noyabr həftəsinin yekunları

Energetika Materials 26 Noyabr 2011 13:30 (UTC +04:00)
21-25 noyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti demək olar 111,5 dollar/barel olub.
Azərbaycan neftinin qiymətləri: 21-25 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 26 noyabr /Trend müxbir E.İsmayılov/

21-25 noyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti demək olar 111,5 dollar/barel olub. Trend-in məlumatına görə, bu, ötən həftənin qiymətindən təxminən 3,5 dollar aşağıdır.

21-25 noyabr may həftəsində AZERI LT-nin maksimum qiyməti 112,38, minimum isə 110,6 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

21-25 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 106,21 dollar/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 3,52 dollar/barel çoxdur.

21-25 noyabr həftəsində URALS-ın maksimum qiyməti 107,17 dollar/barel, minimum isə 105,3 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

21-25 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 106,93 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 3,88 dollar azdır.

21-25 noyabr həftəsində "Brent Dated"in maksimum qiyməti 107,72, minimum isə 106,2 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti