Azərbaycan, Bakı, 30 yanvar /Trend müxbir E.İsmayılov/
2011-ci ildə Sumqayıt elektrik stansiyası 2,22 milyard kilovat-saatdan çox elektrik enerjisi hasil edib ki, bu da pronozlaşdırılan göstəricidən 6,6 milyon kilovat-saat çoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) yaydığı məlumatda deyilir.
Elektrik stansiyası Azərbaycanın ikinci ən böyük sənaye şəhəri olan Sumqayıtın (Bakıdan 35 kilometr məsafədə yerləşir) və Abşeron yarımadasının elektrik enerjisi ilə təminatında böyük rol oynayır.
Məlumata əsasən, ötən ilin dekabrında stansiya proqnozlaşdırılan 222 milyon kilovat-saata qarşı 222,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
Sumqayıt elektrik stansiyası 2009-cu ilin noyabrında istismara verilib. Stansiya hər birinin gücü 164 meqavat olan iki qaz turbinindən, gücü 189 meqavat olan bir buxar turbinindən ibarətdir.