...

Azərbaycan və İtaliya arasında enerji sektorunda əməkdaşlığın perspektivləri müzakirə olunub

Energetika Materials 2 Fevral 2012 18:33 (UTC +04:00)
ARDNŞ-də cümə axşamı şirkət rəhbərliyinin təmsilçiləri ilə İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Viçentisin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 2 fevral /Trend/

ARDNŞ-də cümə axşamı şirkət rəhbərliyinin təmsilçiləri ilə İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Viçentisin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin yaydığı məlumatda deyilir.

ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından bu görüşün faydalı olacağına əminliyini ifadə edib. Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Viçentis başçılıq etdiyi nümayəndə heyəti üzvlərini ARDNŞ təmsilçilərinə təqdim edib.

Görüşdə iki ölkə arasında enerji sektorunda əməkdaşlığın perspektivlərindən danışılıb, Avropa İttifaqının "Cənub Qaz Dəhlizi" layihəsi və bu layihənin icrası istiqamətində İtaliyanın həyata keçirdiyi fəaliyyət haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və "Edison" şirkəti rəhbərliyinin təmsilçiləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti