Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir S.Əliyev/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaxın vaxtlarda Rusiyaya qaz tədarükünü tam bərpa etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Trend-ə ölkənin neft-qaz sektorundakı mənbə bildirib.
ARDNŞ-dən bir müddət əvvəl bildirmişdilər ki, Rusiyaya qaz tədarükü qısa müddət ərzində bərpa olunub. Lakin hazırda Rusiyaya gedən qaz kəmərində aparılan təmir işləri (qazın təzyiqinin artırılması məqsədilə) səbəbindən qaz tədarükü yenidən dayandırılıb.