Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin "Tupras" neft emalı şirkəti İrandan neft idxalını 20 faiz azaltmaq qərarına gəlib. Bu barədə cümə günü Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
"Tupras" 2010-cu iildə 7,41 milyon ton İran nefti əldə edib ki, bu da onun həmin il ümumilikdə emal etdiyi 19,6 milyon ton neftin təqribən 38 faizini təşkil edir.