...

Azərbaycan və Avstriya enerji və sənaye sahələrində əməkdaşlığı genişləndirir

Energetika Materials 11 Aprel 2012 18:31 (UTC +04:00)
Azərbaycan və Avstriya gələcəkdə enerji və sənaye sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə müştərək işçi qrupu yaradacaq.
Azərbaycan və Avstriya enerji və sənaye sahələrində əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan və Avstriya gələcəkdə enerji və sənaye sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə müştərək işçi qrupu yaradacaq.

Müvafiq razılıq çərşənbə günü Bakıda Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar federal nazirinin müavini Andreas Reyhardla görüşündə əldə edilib. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.

"Görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlıq, müştərək layihələrdə iştirak məsələlərini müzakirə ediblər. Hər iki tərəf, həmçinin öz imkanlarının təqdimatını keçirib", - Mənsimli deyib.

Onun sözlərinə görə, bu sahədə 140 il təcrübəsi olan, dünyanın 16 ölkəsində nümayəndəliyə malik Avstriyanın PORR şirkəti Azərbaycanda tullantıların zərərsizləşdirilməsi, su elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrinin inkişafı sahəsində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti