...

ARDNŞ NEZ-in tədrici kokslaşdırma qurğusu əsaslı təmirə dayandırılıb

Energetika Materials 12 Aprel 2012 17:13 (UTC +04:00)
Bu günlərdə Heydər Əliyev adına Bakı neft emalı zavodunun 43 saylı tədrici kokslaşdırma qurğusu əsaslı təmirə dayandırılıb.
ARDNŞ NEZ-in tədrici kokslaşdırma qurğusu əsaslı təmirə dayandırılıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bu günlərdə Heydər Əliyev adına Bakı neft emalı zavodunun 43 saylı tədrici kokslaşdırma qurğusu əsaslı təmirə dayandırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri uzunmüddətli istismar nəticəsində qurğuda köhnəlmiş boru xətləri və siyirtmələrin dəyişdirilməsi məqsədi ilə aparılır. Bunun üçün Avropadan avadanlıq və ehtiyat hissələri alınıb. Qurğunun reaktorlarının şlyom xətlərində 500 mm-lik 2 ədəd, qızdırılma xəttində 400 mm-lik 1 ədəd siyirtmə, təkrar xammal nasoslarının giriş-çıxış siyirtmələri və əks klapanları dəyişdirilib, reaktorların qızdırılma xətti bütünlüklə yeni boru xətləri ilə əvəz olunub.

Bundan əlavə, R-301/1,3 reaktorlarında dağılmış bimetal təbəqələr bərpa olunub. Qurğunun birinci axınının R-301/1,2 reaktorlarının şlyom xətləri dəyişdirilib. Təmir zamanı ağır fleqmada suyun miqdarının minimuma endirilməsi üçün K-310 kolonundan ağır fleqmanın kənarlaşdırılması sxemində dəyişiklik edilib.

Yerinə yetirilən təşkilati-texniki tədbirlər qurğunun məhsuldar fəaliyyətini təmin edəcək, onun rentabelli işləməsinə müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti