...

ARDNŞ Azərbaycandakı qaz emalı zavodunu yenidən qurmayacaq

Energetika Materials 13 Aprel 2012 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda qaz emalı zavodunun rekonstruksiyası ideyasından imtina edib. Bu barədə cümə günü Trend-ə zavodun rəhbəri Aqşin Paşayev məlumat verib.

Onun sözlərinə görə, Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisi planları nəzərə alınaraq zavodun rekonstruksiyası ilə bağlı işlərin görülməsi məqsədəuyğun hesab edilməyib.

"Yeni kompleksin tikintisi ilə əlaqədar qaz emalı zavodunun rekonstruksiyasına iri həcmdə investisiyaların qoyulması məqsədəuyğun deyil", - Paşayev deyib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, o cümlədən artıq birinci mərhələ, yəni mühəndis-tədqiqat işlərinin aparılması və rekonstruksiya işlərinin məqsəduyğunluğuna dair rəyin verilməsi kifayət qədər baha başa gəlir.

Xəbər lenti

Xəbər lenti