...

Azərbaycanda qaz istehlakı iki dəfə azalıb

Energetika Materials 26 Aprel 2012 16:47 (UTC +04:00)
Aprelin 26-na olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi 7,5 milyon kubmetr təşkil edir.
Azərbaycanda qaz istehlakı iki dəfə azalıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.İsmayılov/

Aprelin 26-na olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi 7,5 milyon kubmetr təşkil edir. Aprelin 5-də bu göstərici 14,3 milyon kubmetr olub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat veriblər.

İstehlakçılara sutkalıq verilən qazın ümumi həcmindən təqribən 5 milyon kubmetri Bakının payına düşür.

"Digər regionlar üzrə qazın sutkalıq veriliş həcmi 2,5 milyon kubmetr səviyyəsindədir. Qaz verilişi həcmlərinin azalması istehlakın aşağı düşməsi ilə bağlıdır ki, bu da hava şəraitinin yaxşılaşması və havanın temperaturunun yüksəlməsi ilə izah edilir", - İB-dən qeyd ediblər.

"Azəriqaz"dan deyiblər ki, qazın verilişi tələbatla müəyyənləşdirilir və istehlakçıların tələbatını tam ödəyir.

Xəbər lenti

Xəbər lenti