...

Hacıqabul-Qazax magistral qaz kəmərində yenidənqurma işləri aparılır

Energetika Materials 3 May 2012 19:02 (UTC +04:00)
"Azəriqaz" İstehsalat Birliyi Hacıqabul-Qazax magistral qaz kəmərinin təhlükəsiz istismarını təmin etmək məqsədilə kəmərin 65-69-cu km sahəsində yenidənqurma işlərinə başlayıb.
Hacıqabul-Qazax magistral qaz kəmərində yenidənqurma işləri aparılır

Azərbaycan, Bakı, 3 may /Trend/

"Azəriqaz" İstehsalat Birliyi respublikanın qərb zonasının qazla təminatında böyük əhəmiyyətə malik Hacıqabul-Qazax magistral qaz kəmərinin təhlükəsiz istismarını təmin etmək məqsədilə kəmərin 65-69-cu km sahəsində yenidənqurma işlərinə başlayıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yenidən qurulması nəzərdə tutulan 4,7 km-lik kəmərin 4 km-i inşa olunub, möhkəmlik və kipliyi yoxlanılıb. Kəmərin 65-69 km arası sahəsində yenidənqurma işlərinin cari ilin may ayının 15-dək başa çatdırılması planlaşdırılır.

Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin mühəndis-texniki işçiləri tərəfindən kəmərin 75-ci kilometrində yeni 1200 mm-lik xətti kran quraşdırılması ilə bağlı təmir-bərpa işləri qrafiki qabaqlamaqla həyata keçirilib.

Eyni zamanda, Hacıqabul-Qazax magistral kəmərinin 283-cü km-də 1020 mm diametrli istismara yararsız xətti kran dəyişdirilib ki, bu da qaz itkilərinin azaldılması istiqamətində mühüm bir addımdır.

Qeyd edək ki, uzunlugu 378,4 km, diametri 1220/1020 mm olan, 1979-cu ildə istifadəyə verilmiş bu kəmər vasitəsilə hazırda Mingəçevir elektrik stansiyası qazla təmin olunur. Buradan, həmçinin Gürcüstana sutkada 2,5-4,5 milyon kubmetr təbii qaz ixrac olunur.

Xəbər lenti

Xəbər lenti