Azərbaycan, Bakı, 14 may / Trend, müxbir H.Vəliyev /
"Bakıelektrikşəbəkə" ASC öz portalında elektron xidmətlər təklif edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin xəbərində deyilir.
Enerji operatorunun elektron xidmətləri elektrik enerjisindən istifadəyə görə borcu öyrənmək, ödənişi online rejimdə həyata keçirmək, ASC-yə elektron şəkildə müraciət etmək, son bir il ərzində həm fərdi, həm də kommersiya istifadəçiləri tərəfindən həyata keçirilən bütün ödənişlərin göstərildiyi fakturaları əldə etməyə imkan verir.
İşlər ölkə başçısının 2011-ci il 23 may tarixli "Dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası çərçivəsində həyata keçirilir.