...

ARDNŞ: AÇG yataqlarından hasil olunan neftin təxminən yarısı Azərbaycanın payına düşür

Energetika Materials 7 İyun 2012 10:34 (UTC +04:00)
"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilat işlərinə başlanandan indiyədk buradan 272 milyon neft hasil olunub.
ARDNŞ: AÇG yataqlarından hasil olunan neftin təxminən yarısı Azərbaycanın payına düşür

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.İsmayılov/

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilat işlərinə başlanandan indiyədk buradan 272 milyon neft hasil olunub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgi-konfransı zamanı deyib.

Onun sözlərinə görə, AÇG-də hasil olunan neftin ümumi həcmindən 134 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür.

"2012-ci ilin beş ayı ərzində yataqlar blokundan 15 milyon ton neft hasil olunub ki, burada Azərbaycanın payına 9,4 milyon ton neft düşür", -ARDNŞ-nin vitse-prezidenti bildirib.

Yusifzadənin sözlərinə görə, son bir neçə il ərzində Xəzərin Azərbaycan sektorunda iki yeni qaz-kondensat yatağı kəşf olunub. Bunlar 200 milyard kubmetr qaz ehtiyatına malik "Ümid" və 350 milyard kubmetr qaz və 45 milyon ton neft ehtiyatına malik "Abşeron" yataqlarıdır.

Xəbər lenti

Xəbər lenti