...

ARDNŞ-nin quru mədənlərindən birində sahənin təmizlənməsi başa çatıb

Energetika Materials 5 İyul 2012 16:50 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ə.Əmirov adına Neftqazçıxarma İdarəsinin (NQÇİ) 2-ci mədən ərazisində 5 hektar sahədə neft şlamının bioremediasiya üsulu ilə təmizlənməsi işləri "Ekol Mühəndislik Xidmətləri" QSC tərəfindən başa çatdırılıb.
ARDNŞ-nin quru mədənlərindən birində sahənin təmizlənməsi başa çatıb

Azərbaycan, Bakı, 5 iyul/Trend, müxbir E. İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ə.Əmirov adına Neftqazçıxarma İdarəsinin (NQÇİ) 2-ci mədən ərazisində 5 hektar sahədə neft şlamının bioremediasiya üsulu ilə təmizlənməsi işləri "Ekol Mühəndislik Xidmətləri" QSC tərəfindən başa çatdırılıb.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, müvafiq normalara uyğun olaraq yerinə yetirilmiş işlər "Azneft" İstehsalat Birliyinə təhvil verilib. ARDNŞ-nin Ekologiya İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilmiş təhvil-təslim zamanı əraziyə vizual baxış keçirilib, təmizlənmiş sahənin coğrafi koordinatları müəyyənləşdirilib, aparılmış işlərin texnoloji tələblərə uyğunluğunu dəqiqləşdirmək üçün ərazidəki 5 nöqtədə iki qatdan 0,2-0,4 m dərinlikdə qrunt nümünələri götürülüb və Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunub.

Aparılmış analizlərin nəticələrinə əsasən müəyyən edilib ki, bioremediasiya aparılmamışdan öncə ərazidə çirklənmiş torpağın tərkibində neft məhsullarının miqdarı 8-10 faiz, bioremediasiya işlərindən sonra isə 0,15-0,79 faiz olub.

ARDNŞ və onun iştirak etdiyi layihələr üzrə neftlə çirklənmiş ərazidə bioremediasiya üsulunun tətbiqi Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış texnologiyanın tələbinə uyğun həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti