...

ARDNŞ prezidenti infrastrukturu yenidən qurulan və genişləndirilən "Azərikimya"da olub (FOTO)

Energetika Materials 17 Sentyabr 2012 20:18 (UTC +04:00)
Netfçilər günü ərəfəsində - sentyabrın 17-də ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıtda yeni istifadəyə verilmiş Təlim-Tədris Mərkəzində (STTM) ilk tədris ilinin başlanması, "Azərikimya" İstehsalat Birliyinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin və Anbar təsərrüfatının yeni binalarının, xidmət və məişət obyektlərinin istifadəyə verilməsi münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Sumqayıtda olub.
ARDNŞ prezidenti infrastrukturu yenidən qurulan və genişləndirilən "Azərikimya"da olub (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Netfçilər günü ərəfəsində - sentyabrın 17-də ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıtda yeni istifadəyə verilmiş Təlim-Tədris Mərkəzində (STTM) ilk tədris ilinin başlanması, "Azərikimya" İstehsalat Birliyinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin və Anbar təsərrüfatının yeni binalarının, xidmət və məişət obyektlərinin istifadəyə verilməsi münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Sumqayıtda olub.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının daha da gücləndirilməsi, neft-kimya sənayesinin perspektiv inkişafı üçün göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illər "Azərikimya" İB-də geniş yenidənqurma və müasirləşdirmə işləri aparılıb, yeni avadanlıqların və innovativ texnologiyaların təbiqi geniş yer alıb.

Aparılan yeniləşmə işləri ilə tanış olmaq üçün Birliyə gələn ARDNŞ-nin və Sumqayıt şəhər rəhbərliyi, respublika mətbuatının nümayəndələri əvvəlcə ilk tədris ilinin başlandığı Sumqayıt Təlim-Tədris Mərkəzində təlim-tədris prosesinə və burada peşə təhsili alan tələbələr üçün yaradılmış tədris-məişət şəraitinə baxış keçiriblər. ARDNŞ prezidenti Rövnəq Abdullayev STTM-in tədris siniflərini və təlim emalatxanalarını gəzərək, Sumqayıtda ilk dəfə olaraq yaradılmış müasir peşə mərkəzində bu gün "STTM" loqolu xüsusi geyimlərdə ilk dərslərə başlamış tələbələr, onların müəllimləri və təlim ustaları ilə görüşüb, onlara uğurlar arzulayıb.

Burada ARDNŞ rəhbərliyinə bildirilib ki, iki mərtəbəli tədris korpusuna, geniş və işıqlı, ixtisaslaşmış auditoriyalara malik, peşə təhsili üzrə müasir tədris vasitələri və texniki avadanlıqlarla təchiz edilmiş STTM-də bu il test imtahanı yolu ilə qəbul edilmiş 100 nəfər gənc müxtəlif fəhlə peşələri - aparatçı, tornaçı, elektrik və qaz qaynaqçısı, nəzarət-ölçü cihazları üzrə çilingər və s. üzrə texniki ixtisaslara yiyələnəcəklər.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyini və gələcəkdə bu prosesdə gənc mütəxəssislərin də fəal iştirak edəcəyi nəzərə alınaraq STTM-də şagirdlər üçün xarici dil də tədris olunacaq. Hər biri 10 ay davam edəcək kurslar zamanı gələcək mütəxəssislər bilavasitə "Azərikimya"nın istehsalat sahələrində istehsalat təlimi keçəcəklər. Onlar təhsil müddətində STTM-in xüsusi tələbə geyimləri, aylıq təqaüd və pulsuz yeməklə təmin olunacaqlar. Sonrakı illərdə texniki peşə təhsili mərkəzinə tələbə qəbulu artırılacaq. Burada texniki peşələrə müasir tələblər səviyyəsində, mükəmməl yiyələnmiş gənc fəhlə kadrlar "Azərikimya" İB-nin müəssisələrində, yeni inşa edilməkdə olan Karbamid (Azot gübrəsi) zavodunda və digər müəssisələrdə işlə təmin olunacaqlar.

Günün tədbirləri Birliyin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin yeni binasının, xidmət və məişət obyektlərinin açılışı ilə davam etdirilib. Burada tədbir iştirakçıları 2010-cu ilin ortalarında yeni olaraq yaradılmış Nəqliyyat və Xüsusi Texnika İdarəsinin binasında və 60 yerlik yeməkxanasında nəqliyyatçılar üçün müasir tələblər səviyyəsində yaradılmış iş və məişət şəraiti, idarənin geniş həyətindəki istirahət güşəsi ilə tanış olublar. ARDNŞ-nin dəstəyi ilə son dövrlərdə Nəqliyyat və Xüsusi Texnika İdarəsi üçün alınmış 70-ə yaxın yeni, ümumilikdə isə 150-yə qədər maşın və xüsusi texnika üçün burada örtülü qaraj kompleksi, xüsusi bokslar və təmir emalatxanası da inşa edilib.

"Azərikimya"nın yeni yaradılmış Anbar təsərrüfatına baxış yeniləşməkdə və müasirləşməkdə olan Birliyin genişlənməkdə olan infrastrukturu barədə təəssüratı bir qədər də genişləndirib. Anbar Təsərrüfatının yeni binasında yaradılmış əmək şəraiti, inzibati bina və qapalı anbar kompleksi Birlik üçün alınan müxtəlif təyinatlı materiallar, xammal və ehtiyat hissələri ilə yanaşı inşa edilməkdə olan istehsalat sahələri, o cümlədən hazırda tikilməkdə olan Karbamid zavodu və yaxın müddətdə tikintisinə başlanılacaq polipropilen kompleksi üçün xaricdən alınıb gətirilən qurğu və avadanlıqların keyfiyyətlə qorunub-saxlanılmasına imkan verəcək. Geniş ərazini tutan, abadlaşdırılmış açıq sahə isə fəaliyyəti dayandırılmış köhnə istehsalatlardan çıxarılmış yararlı qurğu və avadanlıqların yığılıb-saxlanılması üçün nəzərdə tutulub.

Yeni istehsalat və sosial obyektlərin istifadəyə verilməsi "Azərikimya"da davam etməkdə olan yeniləşmə və müasirləşmə prosesi üzrə aparılan işlərin yeni mərhələsi olaraq, Birliyin ümumi fəaliyyətində, kimyaçıların əmək və məişət şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti