...

İran Türkmənistandan təbii qaz idxalını artırması barədə yayılan məlumatı təkzib edib

Energetika Materials 12 Noyabr 2012 17:50 (UTC +04:00)
İranın Milli Qaz Şirkəti (NIGC) ölkənin Türkmənistandan təbii qazın idxalını artırmaq niyyətində olduğu barədə yerli KİV-də yayılan məlumatı təkzib edib.
İran Türkmənistandan təbii qaz idxalını artırması barədə yayılan məlumatı təkzib edib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, Q.Mehdi/

İranın Milli Qaz Şirkəti (NIGC) ölkənin Türkmənistandan təbii qazın idxalını artırmaq niyyətində olduğu barədə yerli KİV-də yayılan məlumatı təkzib edib. Bu barədə Trend bazar ertəsi "Mehr" agentliyinə istinadən məlumat verir.

NIGC-nin mətbuat katibi Məcid Boujarzadənin sözlərinə görə, ölkədə qaz çatışmazlığı yoxdur və bütün əyalətlərdə qaz təchizatı problemsiz həyata keçirilir.

Qeyd edək ki, ISNA agentliyinin bazar günü yaydığı məlumatda deyilirdi ki, İran Türkmənistandan təbii qazın idxalını 40 milyon kubmetrədək artırmaqla bağlı sifariş verib.

İran Türkmənistandan sutkada 15-18 milyon kubmetr qaz idxal edir, bu rəqəm qış dövründə 30 milyon kubmetrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti