Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir E.İsmayılov/
"Xaçmaz" elektrik stansiyası 2012-ci ildə 385,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir.
"Xaçmaz" elektrik stansiyası Azərbaycanın şimal regionunun elektrik enerjisi ilə təminatında böyük əhəmiyyətə malikdir.
Məlumata görə, elektrik stansiyası dekabrda təqribən 30,1 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.