...

"Sumqayıt" ES ötən il 2 milyard kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 19 Fevral 2013 14:18 (UTC +04:00)
Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edilməsində böyük əhəmiyyəti olan "Sumqayıt" elektrik stansiyası (ES) ötən il ərzində 2 milyard 26,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
"Sumqayıt" ES ötən il 2 milyard kVt/s-dan çox elektrik enerjisi istehsal edib

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.İsmayılov/

Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edilməsində böyük əhəmiyyəti olan "Sumqayıt" elektrik stansiyası (ES) ötən il ərzində 2 milyard 26,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, stansiyada cari ilin yanvar ayı ərzində isə 277 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Xatırladaq ki, hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqlar istismardadır. Elektrik stansiyasında istehsal olunan elektrik enerjisini enerji sisteminə ötürmək üçün hər birinin uzunluğu 6,5 kilometrə yaxın olan iki ədəd 220 kilovoltluq "Sənaye qovşağı" və "Yaşma" hava xətləri çəkilərək istismara verilib. Bu elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti