...

"Moody's" ARDNŞ-nin korporativ istiqrazlarının buraxılışına reytinq verib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 1 Mart 2013 15:43 (UTC +04:00)
"Moody Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARNDŞ) 1 milyard dollar həcmində korporativ istiqrazlarının nəzərdən tutulan buraxılışına Ba1 səviyyəsində ilkin (P) reytinq verib.
"Moody's" ARDNŞ-nin korporativ istiqrazlarının buraxılışına reytinq verib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 14:53-də yayılıb)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir A.Axundov/

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARNDŞ) 1 milyard dollar həcmində korporativ istiqrazlarının nəzərdən tutulan buraxılışına Ba1 səviyyəsində ilkin (P) reytinq verib. Reytinq üzrə proqnoz "Sabit"dir. Bu barədə Trend cümə günü agentliyin saytına istnadən məlumat verir.

ARDNŞ-nin istiqrazların yerləşdirilməsindən əldə etdiyi vəsait mövcud borcun təkrar maliyyələşdirilməsi və istehsal, emal və enerji resurslarının nəqli üzrə əməliyyatların maliyyələşdirilməsi daxil olmaqla, ümumi korporativ məqsədlər üçün istifadə olunacaq.

Bu reytinq şirkətin məcmu kapitalının strukturunda həmin buraxılışın digər borclarla eyni təsnifatını əks etdirərək ARDNŞ-nin korporativ reytinqinə müvafiqdir.

İstiqrazlar öz aralarında və maksimum ARDNŞ-nin digər mövcud və gələcək təmin edilməmiş öhdəliklərinin ödənişi hüququ zamanı bərabər qiymətə təyin ediləcək.

İstiqraz sahibləri xalis gəlirin bölüşdürülməsi və aktivlərin sərəncamına görə məhdudiyyət, həmçinin minimum kapitalı dəstəkləmək tələbi kimi borcun təmin edilməsi üzrə standart kovenantlar əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti