...

“Azərenerji” və “Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir

Energetika Materials 13 Mart 2013 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" və "Azəriqaz" Novruz bayramı günlərində istehlakçıları fasiləsiz şəkildə lazimi enerji və qazla təmin edəcək.

Azərbaycanda Novruz bayramı ilə əlaqədar olaraq mart ayının 20-dən 26-dək qeyri-iş günü elan olunub.

"Azərenerji" ASC-dən Trend-ə çərşənbə günü bildiriblər ki, Novruz bayramı günlərində ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Elektrik enerjisinin generasiyası və bölgüsü ilə bağlı problemlər olmayacaq. İstehlakçılar bayram günlərində fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",-deyə ASC-dən qeyd ediblər.

ARDNŞ-nın "Azəriqaz" İB çərşənbə günü bildiriblər ki, qurum mart ayının 20-dən ayın sonuna kimi gücləndirilmiş iş rejimdə fəaliyyət göstərəcək.

"Mümkün fövqəladə vəziyyətlərin aradan qaldırılması məqsədilə növbəli sistem tədbiq olunacaq və istehlakçılar lazımı həcmdə qazla təmin olunacaqlar",-deyə İB-dən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti