...

Joze Manuel Barrozu: Azərbaycan və Aİ enerji sahəsində etibarlı tərəfdaşdırlar (ƏLAVƏ OLUNUB)

Energetika Materials 21 İyun 2013 16:43 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqının (Aİ) vacib tərəfdaşıdır və tərəflər enerji sahəsində etibarlı tərəfdaşlığa nail olublar.
Joze Manuel Barrozu: Azərbaycan və Aİ enerji sahəsində etibarlı tərəfdaşdırlar (ƏLAVƏ OLUNUB)

Azəraycan, Bakı, 21 iyun /Trend, müxbirlər Y.Kosolapova, A.Bədəlova/

Azərbaycan Avropa İttifaqının (Aİ) vacib tərəfdaşıdır və tərəflər enerji sahəsində etibarlı tərəfdaşlığa nail olublar. Trend-in məlumatına görə, bu barədə cümə günü Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Barrozunun bəyanatı Avropa İttifaqının rəsmi saytında yerləşdirilib.

Barrozu bildirib: "Biz Azərbaycan Prezidenti İlham Əliyevlə 2011-ci ildə Birgə Bəyannamənin imzalanmasından etibarən "Cənub Qaz Dəhlizi" layihəsi üzrə əldə olunan tərəqqidən çox məmnunuq. Hər iki tərəf Azərbaycan və Avropa üçün strateji əhəmiyyətə malik bu layihənin həyata keçirilməsi məqsədilə səylə çalışır".

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan Prezidenti "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsiumun gələn həftə Azərbaycan qazının nəqlinin Avropa marşrutu ilə bağlı qərar qəbul edəcəyini təsdiq edib.

Barrozu bildirib: "Qeyd etmək istərdim ki, "Nabucco West" və TAP vahid enerji bazarımız üçün qaz tədarükünün şaxələndirilməsi məqsədilə strateji əhəmiyyətə malikdir. Buna görə də əminəm ki, son nəticədə əlavə qaz resursları hesabına "Cənub Qaz Dəhlizi"ni genişləndirən kimi hər iki marşrut tikilə bilər. Bu, uduşlu vəziyyət ola bilər".

Onun sözlərinə görə, hazırda ən vacibi odur ki, "Cənub Qaz Dəhlizi" artıq nəzəri layihə deyil. Söhbət bütün iştirakçıların xeyrinə onun həyata keçirilməsindən gedir.

Barrozu deyib: "Layihəyə əsasən, 2019-cu ilə Avropaya 10 milyard kubmetr tədarük ediləcək, lakin biz əldə olunanla kifayətlənməyəcəyik. Ortamüddətli perspektivdə dəhliz Avropanın qaza olan tələbatının 10 faizindən çoxunu ödəyə və bununla da enerji təhlükəsizliyimizə, qiymətlərin sabitliyinə, iş yerlərinin sayının artması və yaranmasına yardım edə bilər".

Onun sözlərinə görə, hər iki tərəf enerji sahəsində əməkdaşlığı genişləndirmək üçün işləməyə davam edəcək: "Hesab edirik ki, bu, Azərbaycan və Avropanın marağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti