...

Aİ: Boru kəməri marşrutunun seçilməsinə dair qərar "Cənub Qaz Dəhlizi"nin inkişafına böyük töhfə verib

Energetika Materials 28 İyun 2013 15:40 (UTC +04:00)
Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsiumun qazın Avropaya nəqli ilə bağlı boru kəməri marşrutunun seçilməsinə dair qərarı "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafına böyük töhfə verib.
Aİ: Boru kəməri marşrutunun seçilməsinə dair qərar "Cənub Qaz Dəhlizi"nin inkişafına böyük töhfə verib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir S.Əliyev/

Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsiumun qazın Avropaya nəqli ilə bağlı boru kəməri marşrutunun seçilməsinə dair qərarı "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafına böyük töhfə verib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirib.

Pilts qeyd edib ki, qəbul edilən qərar "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

O, seçilmiş marşrut üzrə Xəzər qazının Cənubi və Şərqi Avropaya tədarükünün vacibliyini vurğulayıb.

Piltsin sözlərinə görə, ilin sonunadək bu seçim "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı ilə dəstəklənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti