...

Altı ölkə EXPO-2020-nin Türkiyədə keçirilməsinə görə "Petkim"ə dəstək verib

Energetika Materials 27 Sentyabr 2013 16:15 (UTC +04:00)
Altı ölkənin xarici işlər nazirləri EXPO-2020-nin Türkiyədə keçirilməsinə görə "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin sədri Kənan Yavuza dəstək verdiklərini ifadə ediblər.
Altı ölkə EXPO-2020-nin Türkiyədə keçirilməsinə görə "Petkim"ə dəstək verib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Altı ölkənin xarici işlər nazirləri EXPO-2020-nin Türkiyədə keçirilməsinə görə "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə heyətinin sədri Kənan Yavuza dəstək verdiklərini ifadə ediblər.

Trend-in məlumatına görə, bu barədə "Petkim"in yaydığı xəbərdə deyilir.

"SOCAR Turkey Enerji"nin rəhbəri Azərbaycan, Gürcüstan, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina, həmçinin Albaniyanın xarici işlər nazirləri ilə görüş keçirib və XİN rəhbərləri ilə ümumdünya EXPO-2020 sərgisinin İzmir şəhərində keçirilməsi imkanını müzakirə edib.

Məlumatda qeyd edilir ki, XİN rəhbərləri əmin olduqlarını bildiriblər ki, təmsil etdikləri ölkələr EXPO-2020-nin İzmirdə keçirilməsinin lehinə səs verəcəklər.

2013-cü ilin sonunda Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasında EXPO-2020-nin harada keçiriləcəyinə dair səsvermə baş tutacaq. Sərgi 2020-ci il mayın 1-dən oktyabrın 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti