Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.İsmayılov/
"Azərenerji" ASC yanvar-sentyabr aylarında 15,8 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib.
Trend-in "Azərenerji" ASC-nin yaydığı məlumata istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə bu rəqəm təqribən 16 milyard kilovat-saat olub.
Məlumata görə, ASC sentyabrda 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib ki, bu da 2012-ci ilin sentyabr ayına olan göstərici ilə eynidir.
Həmçinin, sentyabrda Rusiya, İran, Türkiyə və Gürcüstanla planlı elektrik enerjisi mübadiləsi davam etdirilib.