...

Tərtər rayonunun qazlaşdırılması davam etdirilir

Energetika Materials 24 Oktyabr 2013 16:44 (UTC +04:00)
Bu gün Tərtər rayonunun Elman Səfərov, Babək və Xətai küçələrinə ilk dəfə olaraq təbii qaz verilib.
Tərtər rayonunun qazlaşdırılması davam etdirilir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bu gün Tərtər rayonunun Elman Səfərov, Babək və Xətai küçələrinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, həmin küçələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında polad borularla 4855 metr uzunluğunda qaz xətləri çəkilib, 112 ədəd fərdi tənzimləyici və müvafiq sayda sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti