...

Azərbaycan istilik mövsümünə tam hazırdır

Energetika Materials 29 Oktyabr 2013 16:07 (UTC +04:00)
"Azəristiliktəchizat" ASC Azərbaycanda noyabrın 15-dən başlayacaq 2013-2014-cü il istilik mövsümünə tam hazırdır.
Azərbaycan istilik mövsümünə tam hazırdır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azəristiliktəchizat" ASC Azərbaycanda noyabrın 15-dən başlayacaq 2013-2014-cü il istilik mövsümünə tam hazırdır.

ASC-dən Trend-ə bildiriblər ki, 2013-2014-cü il mövsümünə hazırlıq çərçivəsində tədbirlər planında nəzərdə tutulan bütün lazımi işlər görülüb. Həmçinin, ASC tərəfindən istilik xətlərinin çəkilməsi, təmiri və dəyişdirilməsi, qazanxanaların tikintisi və təmiri, o cümlədən nasosların quraşdırılması və təmiri işləri aparılıb.

ASC-dən deyiblər ki, qış mövsümündə istehlakçıların istiliklə tam təmin olunması üçün bütün lazımi işlər görülüb.

"Azəristiliktəchizat" ASC-dən bildirilib ki, 2013-2014-cü il istilik mövsümündə istiliklə təchiz olunacaq yaşayış binalarının sayı 3120-dir. Ötən mövsüm isə bu göstərici 2819 yaşayış binası olub.

Bu il ölkədə istilik enerjisi ilə təmin edilən obyektlərin sayı və onların inkişaf dinamikası ilə bağlı ümumi cədvəl:

Obyektlər

2013-2014-ci illərdə ümumi sayı

2004-2005-ci illərdə ümumi sayı

Yaşayış binaları

3120

988

Məktəblər

277

146

Uşaq bağçaları

152

84

Səhiyyə müəssisələri

139

61

Digər sosial obyektlər

Təxminən 400

91

Məqalədə:
Xəbər lenti

Xəbər lenti