...

Türkiyə TANAP layihəsində öz payının bir hissəsini satmaq niyyətindədir

Energetika Materials 26 Fevral 2014 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbirlər E.İsmayılov, R.Hafizoğlu/

Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində öz payının bir hissəsini özəlləşdirməyə çıxarmaq niyyətindədir. Bu barədə çərşənbə günü Trend-ə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Türkiyənin layihədə payı 20 faiz təşkil edir.

Nazirlikdən deyiblər ki, Türkiyənin TANAP-da payının bir hissəsinin özəlləşdirilməsi məsələsi baxılmaq üçün artıq ölkənin Nazirlər Kabinetinə təqdim edilib. Yaxın vaxtlarda bu məsələyə aydınlıq gətiriləcəyi bildirilir.

Bununla yanaşı, nazirlikdən özəlləşdirməyə çıxarılacaq payın həcmi dəqiqləşdirməyiblər.

Bir müddət əvvəl Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan etmişdi ki, Türkiyə TANAP layihəsində payını 30 faizədək artırmaq niyyətindədir.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev isə TANAP layihəsində Türkiyənin payının hazırkı 20 faizdən çox ola biləcəyini bildirmişdi.

Hazırda TANAP layihəsində pay bölgüsü belədir: Türkiyə (20 faiz) və Azərbaycan (80 faiz).

BOTAŞ və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarını alması əməliyyatından sonra aşağıdakı şirkətlərin TANAP tərəfdaşları olacağı gözlənilir: ARDNŞ - operator (68%), BOTAŞ (20%) və BP (12%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti