...

"Neft Daşları" yatağında yeni quyu qazılır

Energetika Materials 6 Mart 2014 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Kompleks Qazma İşləri Tresti tərəfindən "Neft Daşları" yatağındakı 1887 nömrəli platformadan 2679 nömrəli quyunun qazma işlərinə başlanılıb.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3230 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti