...

Barrozu: "Cənub axını" əvəzinə Avropa üçün prioritet Azərbaycandan qaz kəməri layihəsi ola bilər

Energetika Materials 8 Aprel 2014 12:10 (UTC +04:00)
Avropa Rusiyanın israr etdiyi kimi, "Cənub axını" layihəsinə siyasi prioritet vermir, çünki "layihə müxtəlif ola bilər, tədarükçü isə "Qazprom"un şəxsində eyni".
Barrozu: "Cənub axını" əvəzinə Avropa üçün prioritet Azərbaycandan qaz kəməri layihəsi ola bilər

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Avropa Rusiyanın israr etdiyi kimi, "Cənub axını" layihəsinə siyasi prioritet vermir, çünki "layihə müxtəlif ola bilər, tədarükçü isə "Qazprom"un şəxsində eyni". Bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Novinite" agentliyi yayıb.

Barrozu qeyd edib ki, Avropa "Cənub axını" layihəsinin üstünlüyündən imtina edərək İtaliya vasitəsilə Azərbaycandan qaz layihəsinə üstünlük verə bilər, "lakin əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilərsə".

AK sədri "məsələn, Bolqarıstanın energetikasının şaxələndirilməsini təmin edə biləcək digər əlaqələr hesabına Rusiya ilə qaz əlaqələrini həyata keçirərkən" ehtiyatlı olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti