...

"Neft Daşları" yatağında daha bir quyu istismara verilib

Energetika Materials 23 Aprel 2014 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

"Neft Daşları" yatağındakı 2521 nömrəli stasionar dəniz özülündən 2239 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qırməki Altı Lay Dəstəsinə qazılan quyu 1193-1178 metr intervaldan fontan üsulu ilə sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti