...

"Neft Daşları"nda 1908 nömrəli quyu əsaslı təmirdən sonra istismara verildi

Energetika Materials 4 İyul 2014 16:09 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 1908 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Neft Daşları"nda 1908 nömrəli quyu əsaslı təmirdən sonra istismara verildi

Azərbaycan, Bakı, 4 iyul /Trend/

"Neft Daşları" yatağındakı 1908 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündən 1908 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu IX horizontdan fontan üsulu ilə sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti