...

Dövlət Neft Fondu AÇG yatağı üzrə daxilolmaların həcmini açıqlayıb

Energetika Materials 17 İyul 2014 14:01 (UTC +04:00)
2014-cü il iyulun 1-nə olan məlumata görə, 2001-ci ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 102 812 milyon dollar daxil olub.
Dövlət Neft Fondu AÇG yatağı üzrə daxilolmaların həcmini açıqlayıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Emil İsmayılov/

2014-cü il iyulun 1-nə olan məlumata görə, 2001-ci ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 102 812 milyon dollar daxil olub. Bu barədə cümə axşamı Trend-ə ARDNF-dən deyiblər.

Qeyd edək ki, AÇG iri dəniz yatağının işlənməsi üzrə müqavilə 1994-cü ildə bağlanıb. Blokun təsdiq edilmiş neft ehtiyatları təqribən 1 milyard tondur.

ARDNF-dən bildiriblər ki, 2014-cü ilin yanvarın 1-dən iyulun 1-dək AÇG layihəsi çərçivəsində Fonda 7 780 milyon dollar daxil olub.

1999-cu ildə yaradılan ARDNF-nin həmin vaxt aktivləri 271 milyon dollar olub. 2014-cü il aprelin 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 36 618,4 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti