Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Bu günlərdə Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 8-ci özüldən 141 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyu Fasilə Lay Dəstəsindən, 2954-2940 metr intervaldan qaz-lift üsulu ilə gündəlik 87 ton neft və 8000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.