...

Avropa İttifaqı Türkmənistan qazını gözləyir

Energetika Materials 9 Aprel 2015 13:53 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Türkmənistanla enerji əməkdaşlığının genişləndirilməsində olduqca maraqlıdır.
Avropa İttifaqı Türkmənistan qazını gözləyir

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Maksim Tsurkov/

Avropa İttifaqı (Aİ) Türkmənistanla enerji əməkdaşlığının genişləndirilməsində olduqca maraqlıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə əsasən, Türkmənistan Avropa bazarlarına tədarük edə biləcək böyük həcmdə qaz ehtiyatlarına malikdir: "Hazırda Aİ, Azərbaycan və Türkmənistan arasında danışıqlar davam edir. Söhbət Transxəzər boru kəmərinin tikinti layihəsindən gedir. Layihə Türkmənistan qazını "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində yaradılacaq infrastruktura qoşmağa imkan verəcək".

"Türk axını"na gəlincə, Aİ nümayəndəsi qeyd edib ki, Aİ Avropaya qaz tədarükü marşrutlarını şaxələndirməyə imkan verəcək bütün layihələrə maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti