...

SOCAR Gürcüstanda fəaliyyət göstərən ən böyük şirkətdir

Energetika Materials 15 May 2015 02:13 (UTC +04:00)
Gürcüstanın İlya Universiteti 2014-cü ilin nəticələrinə əsasən ölkədə fəaliyyət göstərən ən iri şirkətlərin reytinq cədvəlini tərtib edib.
SOCAR Gürcüstanda fəaliyyət göstərən ən böyük şirkətdir

Azərbaycan, Bakı, 15 may /Trend/

Gürcüstanın İlya Universiteti 2014-cü ilin nəticələrinə əsasən ölkədə fəaliyyət göstərən ən iri şirkətlərin reytinq cədvəlini tərtib edib.

Cədvəldə banklar və sığorta şirkətləri nəzərə alınmayıb. "SOCAR Georgian Petroleum" şirkəti 2013-cü ildə olduğu kimi, yenə də cədvəlin birinci pilləsində qərar tutub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "SOCAR Gas Import-Export" şirkəti də ilk onluqda yer alıb. Ümumiyyətlə, neft-qaz istehsalçıları və ixracatçıları 14 faizlə ilk onluğa liderlik edirlər, başqa sözlə, 10 ən iri şirkətdən 7-si yanacaq sektoruna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti