...

Qurbanəfəndiyə qaz verilib

Energetika Materials 28 Yanvar 2016 15:22 (UTC +04:00)
İsmayıllı və Saatlı rayonlarının daha iki kəndinə təbii qaz verilib.
Qurbanəfəndiyə qaz verilib

Bakı. Trend:

Yanvarın 28-də İsmayıllı və Saatlı rayonlarının daha 2 kəndinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İsmayıllı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 243 abonenti olan Qurbanəfəndi kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 12 455 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Saatlı rayonunun Xanlarkənd kəndinə də təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd olunub ki, 335 abonentlik kəndin qaz təchizatının bərpası məqsədilə 19 285 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti