...

Daha bir kəndə təbii qaz verilişi bərpa edilib

Energetika Materials 1 Mart 2016 13:02 (UTC +04:00)
Şəkinin Qozlubulaq kəndinə təbii qazın verilişi bərpa edilib.
Daha bir kəndə təbii qaz verilişi bərpa edilib

Bakı. Trend:

Şəkinin Qozlubulaq kəndinə təbii qazın verilişi bərpa edilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davamı olaraq, martın 1-də Şəki rayonunun Qozlubulaq kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etdiblər.

Bildirilib ki, 173 abonenti olan kəndin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 13457 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti