...

BP Azərbaycanda investisiya və hasilatın həcmlərini açıqlayıb

Energetika Materials 25 Aprel 2016 16:13 (UTC +04:00)
BP şirkəti fəaliyyəti dövrü ərzində Azərbaycanda layihələrə 58 milyard dollar sərmayə yatırıb.
BP Azərbaycanda investisiya və hasilatın həcmlərini açıqlayıb

Bakı. Maksim Tsurkov - Trend:

BP şirkəti fəaliyyəti dövrü ərzində Azərbaycanda layihələrə 58 milyard dollar sərmayə yatırıb.

Trend-in məlumatına görə, bunu BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş SOCAR-ın "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransında deyib.

Onun sözlərinə görə, 1997-ci ildən "Azəri-Çıraq-Günəşli" neft yataqları blokundan 2,9 milyard barel neft hasil edilib: "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə iri layihə çərçivəsində isə 2006-cı ildən 70 milyard kubmetrdən çox qaz hasil edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti