...

Azərbaycanın iri neft layihəsinə sərmayələr 40 milyard dolları ötüb

Energetika Materials 2 İyun 2016 11:26 (UTC +04:00)

Bakı. Trend:

"Azeri Light" yüngül neftinin hasil edildiyi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft blokunun işlənməsinə bu günədək 41 milyard dollardan artıq sərmayə qoyulub.

Trend-in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Caspian Oil & Gas-2016" konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ilədək blokdan daha 5 milyard barel neft hasil olunacaq: "Blokun bundan sonra işlənməsi çərçivəsində sərmayə və yeni texnologiyaların cəlb edilməsi sayəsində daha 4 milyard barel neftin hasil edilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti