Bakı. Maksim Tsurkov Trend:
Çin Milli Neft Korporasiyası (CNPC) OGPC-nin (Neft, qaz emalı və neft-kimya kompleksi) tikintisi layihəsində iştirak edə bilər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, CNPC ilə danşıqları artıq aparılır: "CNPC OGPC layihəsinə investor qismində iştirak etmək istəyir. Çin banklarına və "Eksimbank"a layihənin maliyyələşdirilməsində iştirak etməyi təklif etdik".