...

BP-yə yeni azərbaycanlı vitse-prezident təyin olunur

Energetika Materials 8 İyun 2016 14:57 (UTC +04:00)
Hazırda BP-nin Səngəçal terminalının meneceri olan Zaur Paşayev 2016-cı il sentyabrın 1-dən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti təyin olunur.
BP-yə yeni azərbaycanlı vitse-prezident təyin olunur

Bakı. Trend:

Hazırda BP-nin Səngəçal terminalının meneceri olan Zaur Paşayev 2016-cı il sentyabrın 1-dən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti təyin olunur.

"BP Azərbaycan" şirkətindən Trend-ə verilən məlumata görə, Z.Paşayev yeni vəzifədə BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (apstrim üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstrim) əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

O, BP-nin digər bir regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək. Bu, BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

Z.Paşayev BP-də çalışdığı 18 il ərzində dənizdə və qurudakı əməliyyatlar sahəsində dərin təcrübə qazanıb. Səngəçal terminalının meneceri vəzifəsindən əvvəl o, dənizdə Şahdəniz və Çıraq platformalarının meneceri, ondan əvvəl isə ixrac boru kəmərləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.

Yeni vitse-prezident Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirib və onun mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi var. 2011-ci ildə Z.Paşayev ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda BP-nin Əməliyyatlar Akademiyasını bitirib.

O, 2001-ci ildə Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülüb.

Evlidir, üç övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti